Bakıda ilk balıq bazarı açıldı


Digərləri 12 Fev 2018 21:33:00 333 0

Bakıda ilk balıq bazarı açıldı

Paytaxtın Pirallahı rayonunun giriş hissəsində yeni tikilən balıq bazarı artıq istifadəyə verilib. Burda ilkin olaraq dənizdən tutulan balıqlar satışa çıxarılıb. Satıcıların sözlərinə görə, qiymət digər bazarlarla müqayisədə ucuzdur.

Son.az bildirir ki, 7 hektar ərazidə salınan kompleksdə balıq istehsalı üçün açıq və qapalı tipli fermanın tikintisi davam etdirilir. Fermada il ərzində 150 ton nərəkimilər cinsindən olan balıq və 4 ton qara kürü istehsal olunacaq.

Qapalı tipli balıq fermasında yetişdirilən balıqlar topdan satış qiymətinə satılacaq.