Azərbaycanlı aktyor Rusiyada konsert verəcək


Digərləri 12 Fev 2018 21:00:00 278 0

Azərbaycanlı aktyor Rusiyada konsert verəcək

ADGTT-nın aktyoru Rusiya Federasiyasının Elista şəhərində konsert proqramı ilə çıxış edəcək

Bakı. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Kalmıkiyanın Əməkdar artisti İlham Əsədov Kalmıkiyanın Mədəniyyət və Turizm Nazirliyi və Kalmık Milli Dram Teatrının həyata keçirdiyi “Dram artistləri oxuyur” adlı yeni teatr layihəsində iştirak etmək üçün Elista şəhərinə yola düşüb. Teatrdan Trend-ə verilən məlumata görə, kalmık xalqının milli bayramı olan “Çaqan Sar” münasibətilə təşkil ediləcək konsert proqramında aktyorun ifasında yalnız kalmık və azərbaycan dilində mahnılar səslənəcək.