"7 Gözəl Beauty Fashion Show" adlı gecə keçirildi FOTO


Digərləri 12 Fev 2018 19:00:00 578 0

"7 Gözəl Beauty Fashion Show" adlı gecə keçirildi  FOTO

Boulevard hoteldə Pi Group production-un təşkilatçılığı ilə "7 Gözəl Beauty Fashion Show" adlı gecə keçirildi.

Tədbirdə 2018 ci ildə dəbdə olacaq gəlinlik və ziyafət geyimləri, makiyaj və saç düzümləri nümayiş olunub. Tədbirin açılışı ideyası Pərvanə Məmmədovaya məxsus olduğu "Azərbaycan əsəri" adlı geyimdə Samira Efendinin ifa etdiyi Sarı gəlin mahnısı ilə start verilmişdi. Tədbirdə "Bəyaz" gəlinlik və "Camellia Weddingin" gəlinlikləri, "SB TALLER və Couture by Fifan Rzayevanın" ziyafət geyimlərinin nümayişi həmçinin "By Nisa Azizova", "The Abbasovas Sisters" gözəllik mərkəzlərinin, stilistlərdən Aytən Axundova,Sehrin Rəsulova, Nəzakət Babayevanın saç və makiyaj üzrə əl işlərinin nümayişi sərgilənmişdir. Gecəyə gözəllik qatan "Gloria wedding" və "Gloria flowers" şirkətlərinin dekorları hər kəsin marağına səbəb olmuşdur. Gecənin müğənni qonaqları Azərbaycanın əməkdar artisti Lalə Məmmədova, Yaşar Cəlilov, Ayaz Babayev, Sura İskəndərli, Fatimə Fətəliyeva, Dj Çina çıxış etmişlər. Gecənin aparıcısı Vüsalə Kərimova olmuşdur. Sonda isə Rena Alkanın gəlinlik libasın olan möhtəşəm tortu nümayiş olunmuşdur. Tədbirin çəkilişini  Dadaw studio və Agasamed Shahzade həyata keçirmişdir.

Layihənin rəhbəri - İsmayıl Qasımov. Layihənin ideya və ssenarisi - Pərvanə Məmmədova.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az