73 yaşlı qadın dəm qazından zəhərləndi VİDEO FOTO


Digərləri 12 Fev 2018 18:42:00 302 0

73 yaşlı qadın dəm qazından zəhərləndi  VİDEO  FOTO

73 yaşlı Firuzə Əliyeva hamamda su qızdırıcısının nasazlığı səbəbindən yaranan dəm qazından zəhərlənib.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, qadını huşsuz vəziyyətdə qızı aşkarlayıb. 

Dərhal İsmayıllı rayon Mərkəzi Xəstəxanasının təcili yardım stansiyasına zəng edib. Hadisə yerinə gələn tibb işçiləri xəstəni İsmayıllı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırıblar. 

Həkimlərin səyi nəticəsində qadını həyata qaytarmaq mümkün olub. Hazırda müalicəsi davam etdirilir:

Firuzə Əliyeva (zərərçəkən): "Heç iki dəqiqə çəkmədi. Başıma su da vurmamışdım".


Xəbərə aid fotolar