Çin səfiri: "Suriyadakı proseslərdə daha fəal iştirak edəcəyik"


Dünya 12 Fev 2018 16:46:38 364 0

Çin səfiri: "Suriyadakı proseslərdə daha fəal iştirak edəcəyik"

O bildirib ki, Çin 2011-ci ildən Suriyadakı daxili müharibəni uzaqdan müşahidə edir

“Çinin Suriyadakı proseslərdə fəal iştirak etməsinin zamanı çatıb”.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Çinin Suriyadakı səfiri Şi Tsanzin bildirib.

O bildirib ki, Çin 2011-ci ildən Suriyadakı daxili müharibəni uzaqdan müşahidə edir: "Fikrimcə, Suriyanın yenidən qurulmasında bu ölkənin qanuni rəhbərliyi ilə əməkdaşlıq edərək, daha ciddi şəkildə iştirak edəcəyik”.