BJF "Araşdırmaçı jurnalistlərin təhlükəsizliyi" mövzusunda təlimlər keçirib


Digərləri 12 Fev 2018 15:25:00 220 0

BJF "Araşdırmaçı jurnalistlərin təhlükəsizliyi" mövzusunda təlimlər keçirib

Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilatçılığı və Norveç Xarici işlər Nazirliyinin maliyə dəstəyi ilə Tiflisdə "Araşdırmaçı jurnalistlərin təhlükəsizliyi" mövzusunda təlimlər keçirilib.

JuHİ Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, təlimlərə AB-nin "Şərq tərəfdaşlığı proqramı"na daxil olan ölkələr üzrə BJF-nin yerli üzv təşkilatlarının təmsilçiləri qatılıblar. Azərbaycandan tədbirdə BJF-nin yerli üzv təşkilatı - Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) təmsilçiləri Teymur Zahidoğlu və Nəzirə Nurullayeva iştirak ediblər.

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, təlim iştirakçılarına "araşdırmaçı jurnalistlər üçün planlaşdırma", "risklərin təhlili", "şəxsi təhlükəsizlik", "mənbələrlə işləmə pinsipləri", "araşdırmaların aparılması üçün müasir metodlar" mövzusunda bilgilər verilib.