İnterpol bu azərbaycanlını axtarışa verdi


Digərləri 12 Fev 2018 14:50:00 251 0

İnterpol bu azərbaycanlını axtarışa verdi

İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.

Bakı. Samir Əli - İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib. Trend-in məlumatına görə, 1972-ci ildə Naxçıvanda anadan olan Rəşad Sadiqov dələduzluqda təqsirləndirilir. R.Sadiqov barəsində Azərbaycan hüquq-mühafizə orqanları cinayət işi başladıb. Axtarışda olan isə istintaqdan yayınıb. Məhkəmə onun həbs olunması və tutularaq istintaqa təhvil verilməsi barədə qərar çıxarıb.