Bilik Fondu Misir Ali Təhsil Nazirliyinin xüsusi mükafatına layiq görüldü (FOTO)


Digərləri 12 Fev 2018 14:42:43 247 0

Bilik Fondu Misir Ali Təhsil Nazirliyinin xüsusi mükafatına layiq görüldü (FOTO)

Fevralın 9-da Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri-mədəniyyət attaşesi Əhməd Sami Elaydi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda icraçı direktor Oktay Səmədov və qurumun əməkdaşları ilə görüşüb.

Bakı. Fevralın 9-da Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri-mədəniyyət attaşesi Əhməd Sami Elaydi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda icraçı direktor Oktay Səmədov və qurumun əməkdaşları ilə görüşüb. Fonddan Trend-ə verilən məlumata görə, O.Səmədov Misirin ölkəmizdəki səfirliyi ilə həyata keçirilən layihələrin uğurlu nəticələrindən söz açıb. İcraçı direktor qeyd edib ki, Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Fondun xüsusən "Azərbaycan elmi dünyada" və "Dünya elmi Azərbaycanda" layihələri çərçivəsində yaxından iştirak edərək, respublikadakı tolerant mühitin təbliğ və təşviq olunmasına böyük töhfələr verib. Ötən il Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları üçün könüllülərin hazırlığı mərhələsində Fondla Mərkəzin birgə dəstəyi ilə təşkil edilmiş ərəb dili kursları, misirli alimlərin ölkəmizin bir sıra elm və təhsil müəssisələrində işgüzar görüşləri və silsilə mühazirələri gənc tədqiqatçılar və tələbələr üçün xüsusilə faydalı olub.