Tarixçi: Ermənilər heç vaxt onlara məxsus olmayan bölgədə məskunlaşdırılıb


Digərləri 12 Fev 2018 14:06:38 249 0

Tarixçi: Ermənilər heç vaxt onlara məxsus olmayan bölgədə məskunlaşdırılıb

Tarixçi alim: İrəvan və Naxçıvan xanlıqları rus işğalına məruz qaldıqdan sonra ora “Erməni vilayəti"nə çevrilib.

Bakı. İlhamə İsabalayeva – 1827-ci ildə İrəvan və Naxçıvan xanlıqları rus işğalına məruz qalmış və 1828-ci ildə çar hökuməti tərəfindən “erməni vilayəti"nə çevrilmişdi. Bunu Trend-ə Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, dosent Mehman Abdullayev ermənilərin maliyyələşdirdiyi bəzi rus KİV-lərində İrəvanın guya tarixi Ermənistan torpağı olduğu ilə bağlı iddialara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu ərazilərdəki 359 (310-u İrəvan əyalətində) Azərbaycan kəndinin əhalisi işğal zamanı ruslar tərəfindən kütləvi qırğınlara məruz qalaraq öz doğma ocaqlarından qovulub çıxardılıb. Ermənilərin “erməni vilayəti" adlandırılan əraziyə sonradan köçürüldüyünü deyən M.Abdullayev qeyd edib ki, tarixi faktlar da bunu təsdiq edir. Tarixçi alim bildirib ki, Qacar dövlətindən və Osmanlı imperiyasından kütləvi şəkildə köçürülüb gətirilən 130 minə yaxın erməninin böyük hissəsinin məhz bu bölgədə yerləşdirilməsi demoqrafik vəziyyətdə ciddi dəyişikliklərə gətirib çıxarıb. Daha çox dəyişikliklər İrəvan və Naxçıvanın kənd əhalisinin tərkibində baş verib: “Bölgəni hərtərəfli şəkildə təhlil etmiş tarixçi İ.İ.Şopen ermənilərin bu bölgənin yerli, köklü əhalisi olmadıqlarını dəqiq bildiyi üçün onlar haqqında danışarkən düzgün olaraq "əvvəldən yaşayanlar" (yəni Türkmənçay müqaviləsindən əvvəl) ifadəsini işlətdiyi halda, tərtib etdiyi bəzi cədvəllərdə nədənsə fikrini dəyişərək erməniləri bölgənin "yerli" əhalisi kimi təqdim etməyə çalışıb. 1832-ci il kameral siyahıyaalmada "yerli", yəni "əvvəldən yaşayan" erməni ailələrin sayı 4.428-ə (13.058 nəfər kişi, 12.093 qadın, cəmi 25.151 nəfərə) çatırdı”.