Məşhədə gedən avtobus aşdı


Dünya 12 Fev 2018 13:27:10 259 0

Məşhədə gedən avtobus aşdı

İranın şərqində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 9 nəfər həlak olub, 36 nəfər xəsarət alıb.

Hadisə Cənubi Xorasan əyalətində baş verib. Qeyd olunur ki, avtobus Qaçsaran şəhərindən Məşhədə hərəkət edirmiş.

İnsident nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdirilib, bəzilərinin vəziyyəti ağır olaraq dəyərləndirilir.