İcra başçısı: Bayılda tikilən yaşayış binaları təhlükəli sahədən 5 km aralıda yerləşir


Digərləri 12 Fev 2018 12:43:57 263 0

İcra başçısı: Bayılda tikilən yaşayış binaları təhlükəli sahədən 5 km aralıda yerləşir

Bayılda tikilən yeni çoxmənzilli yaşayış binaları təhlükəli sahədən 5 kilometr aralıda yerləşir və bütün layihə işləri tikinti norma və qaydalarına uyğun olaraq aparılır.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

E. Əzizov qeyd edib ki, bu binaların layihələndirilməsi və tikintisi işləri Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi və rəyi əsasında, birbaşa olaraq bu qurumların mütəxəssislərin nəzarəti altında aparılır: "Sürüşmə prosesi ətrafında aparılan müzakirələr siyasiləşdirilmiş spekulyasiyadan başqa bir şey deyil".