“Excelsior Hotel & Spa Baku” ilin otel və SPA kompleksi seçilib


Digərləri 12 Fev 2018 12:36:00 229 0

“Excelsior Hotel & Spa Baku” ilin otel və SPA kompleksi seçilib

Qalibin müəyyən edilməsində əsas amil kimi namizədlərin fəaliyyətindəki artım tempi götürülür.

Bakı. “Excelsior Hotel & Spa Baku” oteli “Business Time” jurnalı tərəfindən ilin otel və SPA nominasiyası üzrə “Azeri Business Award 2017” Milli mükafatına layiq görülüb. Trend-in məlumatına görə, mükafat 10 fevral 2018-ci il tarixində “Azeri Business Award” mükafatının təqdimetmə mərasimində “Excelsior Hotel & Spa Baku” otelinin baş meneceri Turhan Poyraza təqdim edilib. Təqdimetmə mərasimində otelin baş meneceri Turhan Poyraz “Business Time” jurnalının rəhbərliyini oteli bu mükafata layiq gördükləri üçün təşəkkür edib. Turhan Poyraz bildirib ki, Azərbaycanda turizmin inkişafında “Excelsior Hotel & Spa Baku” otelinin xüsusi yeri var. Otel daim müştəri məmnuniyyətini üstün tutur və xaricdən gələn qonaqlara ən yüksək xidmət göstərilir.