Elman Rüstəmov: "Azərbaycanın tədiyə balansında profisit gözlənilir"


Digərləri 12 Fev 2018 11:48:00 332 0

Elman Rüstəmov: "Azərbaycanın tədiyə balansında profisit gözlənilir"

Azərbaycan Mərkəzi Bankı 2017-ci ilin yekunlarına əsasən, ölkənin tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ümumi daxili məhsulun 5 faizi həcmində gözləyir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında deyib.

O vurğulayıb ki, bu müsbət trend 2018-ci ildə də saxlanacaq.