Rusiyada təyyarə qəzaları niyə teztez baş verir? FOTO


Digərləri 12 Fev 2018 10:07:52 299 0

Rusiyada təyyarə qəzaları niyə teztez baş verir?  FOTO

"The Independent" yazır ki, ötən il dünyada aviasiya təhlükəsizliyi üçün ən yaxşı il olsa da, statistikaya görə, növbəti böyük aviaqəzanın Rusiyada baş verəcəyini proqnozlaşdırmaq olardı.

Belə bir kədərli proqnozu Saratov Hava Yolları şirkətinin 703 nömrəli reysi doğrultdu. Moskvanın Domodedovo hava limanından qalxan təyyarə Orsk istiqamətində uçmalı idi, lakin Rusiya paytaxtının 80 kilometrliyində yerə düşdü.

Bu qəzadan 65 sərnişin və 6 uçuş heyəti üzvündən heç kim sağ çıxmayıb.

Məqalədə deyilir ki, Rusiya və ona qonşu olan ölkələrdə aviasiya təhlükəsizliyinin əsl narahatlıq doğurduğunu Airsafe.com saytındakı məlumatlar da göstərir.

Airsafe.com saytında 1970-ci illərdə Jumbo erasından bu yana sərnişin təyyarələrinin bütün ölümcül qəzaları barədə statistik rəqəmlər var.

Avropada bir nəfər də olsun sərnişin ölümü törətməmiş hava şirkətlərinin sayı qəzalı şirkətlərin sayından çoxdur.

Lakin burada 1990-cı ildən bəri 40 ölümcül aviasiya qəzasının məkanı haqqında ayrıca səhifə var: keçmiş Sovet İttifaqı.

Bu səhifədə söhbət keçmiş SSRİ ərazisində baş vermiş qəzalardan getsə də, bunların böyük əksəriyyətini Rusiya sərnişindaşıma şirkətləri törədib.

Bu təyyarə qəzalarının əsas səbəbi belə görünür ki, sərt hava şəraiti ilə pilotların zəif qərar qəbul etmə qabiliyyətinin məcmusudur.

"The Independent" yazır ki, Rusiyanın hava şəraiti bütün başqa ölkələrdəki hava şəraitindən sərtdir. Bu gün şimal-şərqi Sibirdəki Yakutsk şəhərində qış üçün ən "isti" hava qeydə alınıb: Mənfi 30 dərəcə!

Rusiyada uçuşlar bütün qış ayları ərzində davam edir, yayda isə sərt soyuğun yerini qasırğalar tutur.

Lakin Rusiyada təyyarə qəzalarının çoxluğuna bir mühüm səbəb də var. Bu, Rusiyanın aviaparkındakı təyyarələrin əksəriyyətinin hələ sovet dövründə layihələndirilməsidir.

Aeroflotun Sovet İttifaqının əsas sərnişindaşıyanı olduğu illərdə onun əsas "səma atları" Tupolev 154 təyyarələri idi.

Bu təyyarə modeli mütərəqqi bir şəkildə modernləşdirilsə də üçmühərrikli təyyarənin texniki göstəriciləri Qərb təyyarələrinin texniki keyfiyyətlərindən çox geridə qalır.


Xəbərə aid fotolar