Lion Universitetinin müəllimi: “UNEC-in qış məktəbi pedaqoji təcrübəmin ən dəyərli günləri oldu”


Digərləri 12 Fev 2018 09:57:00 237 0

Lion Universitetinin müəllimi: “UNEC-in qış məktəbi pedaqoji təcrübəmin ən dəyərli günləri oldu”

UNEC-in qış məktəbi başa çatıb.

Bakı. Akademik heyətinin elmi və pedaqoji potensialının yüksəldilməsi məqsədilə keçirilən qış məktəbində UNEC İctimai Nəzarət Şurasının üzvləri – əməkdar elm xadimi, professor Şahlar Əsgərov, “XXI Əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri Etibar Əliyev, Parlament Jurnalistləri Birliyinin sədri, “Modern” Media Qrupunun baş direktoru Elşad Eyvazlı, Vətəndaşların əmək hüquqlarını müdafiə liqasının rəhbəri Sahib Məmmədov və “Azad Müəllimlər” İctimai Birliyinin sədri Məlahət Mürşüdlü də iştirak ediblər. UNEC-dən Trend-ə verilən məlumata görə, professor Ş.Əsgərov “Biliyin qiymətləndirilməsi fəlsəfəsi” və “Ekonofizika” mövzularında çıxış edib. Professor məruzəsində qiymətləndirilmənin mahiyyətini açıqlayıb, Avropa ölkələrində ekonofizikanın bir fənn kimi tədris edildiyini vurğulayıb. Müzakirədə aktiv iştirak edən müəllimlərə professorun “Kamilləşən bəşəriyyət” kitabı hədiyyə edilib. Əməkdar elm xadimi qış məktəbinin təşkilini yüksək qiymətləndirib: “Qış məktəbi bir çox cəhətdən faydalı oldu. Dünyanın çox nüfuzlu alimləri maraqlı mövzularla çıxış etdilər. UNEC-in yüzdən çox müəlliminin qatıldığı təlimlər birbaşa təhsilin keyfiyyətinin yüksəldilməsinə və peşəkar mütəxəssis hazırlığına xidmət edən amillərdir. Bir ekspert kimi bu prosesi alqışlayıram”.