Magistraturaya sənəd qəbulu bu gün başa çatır


Digərləri 12 Fev 2018 09:57:13 188 0

Magistraturaya sənəd qəbulu bu gün başa çatır

Magistraturaya qəbul olmaq istəyən bakalavrlar üçün sənəd qəbulu bu gün başa çatır.

Bakı. İlhamə İabalayeva - Magistraturaya qəbul olmaq istəyən bakalavrlar üçün sənəd qəbulu bu gün başa çatır. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir.