Pekində bıçaqla silahlanmış şəxs supermarket müştərilərinə hücum edib


Dünya 12 Fev 2018 04:13:00 317 0

Pekində bıçaqla silahlanmış şəxs supermarket müştərilərinə hücum edib

Bir qadın ölüb, daha 12 nəfər yaralanıb

Çinin paytaxtı Pekin şəhərinin mərkəzində yerləşən Sidan rayonunda bıçaqla silahlanmış kişi supermarketlərdən birinin müştərilərinə hücum edib. Nəticədə bir qadın aldığı yaralardan keçinib, daha 12 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pekin polisi "Weibo" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, 35 yaşı olan kişi bazar günü yerli vaxtla günorta 13.00 radələrində (Bakı vaxtı ilə 9:00-da) hələ ki, məlum olmayan səbəblərdən "Joy City" supermarketinin müştərilərinə hücum edib.

Hadisə yerinə çağırılan polis əməkdaşları kişini tutublar. Hazırda o, dindirilir.