"Mübariz İbrahimov kimi qəhrəman olmaq istəyirəm..." VİDEO


Digərləri 11 Fev 2018 23:16:00 361 0

"Mübariz İbrahimov kimi qəhrəman olmaq istəyirəm..."  VİDEO

Abşeron rayonu Qobu qəsəbəsinin 1 saylı tam orta məktəbinin şagirdləri maraqlı bir flaşmob hazırlayıb. Onlar milli qəhrəman Mübariz İbrahimovun əziz xatirəsini həmin flaşmobla yad ediblər. İdeya müəllifi isə ibtidai sinif müəllimi olub.

Son.az bildirir ki, görüntülər Abşeron rayonu Qobu qəsəbəsi 1 nömrəli tam orta məktəbdə lentə alınıb. Məktəbin ibtidai sinif şagirdləri başlarına ağ papaq qoyaraq Mübariz İbrahimovun adını hərflərlə yazıblar.

Layihənin rəhbəri Həcər Quliyeva deyir ki, hər il onlar milli qəhrəmanlarımızın əziz xatirəsini uşaqlarla birlikdə belə layihələrlə yad edirlər. Elə bu fləşmoba da ibtidai sinif şagirdlərinin marağı böyük olub.