Sağlam və xoşbəxt yaşamaq üçün...


Digərləri 11 Fev 2018 22:53:00 285 0

Sağlam və xoşbəxt yaşamaq üçün...

Sevgi həm ruha, həm ürəyə, həm də sağlamlığa faydalıdır. Başqa sözlə, bu qısa həyatda sevgisiz yaşamaq olmaz. Birini sevdiyimizdə ürəyimiz daha sürətlə döyünür, daha sürətlə nəfəs alıb verir və bədəndə daha çox qan toplanır. Beləliklə, bədəndəki digər orqanlar daha məhsuldar çalışır. Bir sözlə, sevgi insanı gəncləşdirir, daha sağlam həyat sürməsinə kömək edir, insana enerji verir. Son.az ailem.az-a istinadən sevginin faydalarını təqdim edir.

Sevginin yaxşılaşdırıcı gücü

Sevginin bioloji və kimyəvi sirləri kəşf edildiyində sevən xəstələrin daha asanlıqla sağaldığı deyilir. Bunun səbəbi sevgi sayəsində qanın ürəkdə daha yaxşı işləməsi və immunitet sisteminin güclənməsidir. İnsanın sevdiyi ilə əl-ələ gəzməsinin də idmandan heç bir əskiyi yoxdur.

Sevən insanda dopamin, endorfin və adrenalin səviyyəsində artım olur. Dopamin səviyyəsi insana enerji verib xoşbəxtlik bəxş edir. Araşdırmalar zamanı 20 il evli olsalar belə, yenə də ürəkləri ilk görüşdəki kimi döyünən cütlüklərin olduğu müəyyənləşib. Yəni evlilik sevgini öldürmür. Əksinə, evlilik kişilərin ömrünü 7 il,  qadınlarınkını isə 2 il uzadır. Sevgiylə qurulan evlilik ömrü uzadır. İnfarktdan ölmə ehtimalı azalır.