Göz rəngini 20 saniyədə dəyişən ÜSUL


Digərləri 11 Fev 2018 20:03:00 406 0

Göz rəngini 20 saniyədə dəyişən ÜSUL

Mavi gözlü olmaq istəyən insanlar üçün yenilik kəşf edildi. Əməliyyatsız da gözlərinizin rəngini istədiyiniz rəngə dəyişə bilərsiz.

Son.az xəbər verir ki, Kaliforniyanın "Stroma Medical" xəstəxanasının həkimləri səhiyyə sistemində maraqlı işə imza atıblar. Belə ki, statistikaya görə, dünya əhalisinin sadəcə çox az hissəsi rəngli (mavi) gözlərə sahibdir. 89 faiz insanın göz rəngi qonur (açıq, tünd, qarışıq) olaraq qeydə alınıb.

Dünya əhalisinin yarıdan çoxu isə mavi gözlərə sahib olmaq üçün əməliyyatlara məcbur qalır. Gözlərini mavi rəngə çevirmək istəyən şəxslər Kaliforniyada fəaliyyət göstərən "Stroma Medical" xəstəxanasına müraciət edərək 20 saniyə ərzində mavi, yaşıl gözlərə sahib ola bilərlər.

Bu əməliyyat göz rəngini tamamilə maviyə çevirmir. Prosedur ağrısız və xüsusi lazer aparatları ilə həyata keçirilir. Lazer vasitəsilə gözün qüzehli qişasında gözün rəngini tənzimləyən rəng piqmentinin parçaları arasına rəngli piqmentlər yeritməklə göz rəngini dəyişirlər.


Xəbərə aid fotolar