Prokurorluq: "An-148"in qəzaya uğraması nəticəsində sağ qalan olmayıb


Dünya 11 Fev 2018 19:40:29 266 0

Prokurorluq: "An-148"in qəzaya uğraması nəticəsində sağ qalan olmayıb

Hava gəmisinin göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olub

Moskva ətrafında qəzaya uğramış "An-148" sərnişin təyyarəsində olanların hamısı həlak olub.

“Report” xəbər verir ki, bu barədə Moskva Vilayətlərarası Nəqliyyat Prokurorluğunun mətbuat xidmətinə istinadən RİA "Novosti" məlumat yayıb.

"Hava gəmisinin göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olub, hamısı ölüb", - deyə idarədən bildirilib.