Uşağın vaxtında dil açmasını istəyirsinizsə, bunları edin


Digərləri 11 Fev 2018 19:29:00 299 0

Uşağın vaxtında dil açmasını istəyirsinizsə, bunları edin

Son.az ailem.az-a istinadən loqoped Bəsirə Pənciyevanın məqaləsini təqdim edir.

Siz heç fikirləşmisinizmi ki, əgər uşaq gec danışırsa, buna səbəb olan böyük problem nə ola bilər?

Araşdırmalar onu göstərir ki, risk faktorları sırasında bir məsələ də var - jestlərdən məhdud istifadə.

Hansı jestlər var? Nədir jestlər?

Jestlər uşağın nitqdən öncəki mərhələdə, nitqin inkişaf mərhələsində, 1,5-2 yaşlı körpələrin birinci, qeyri-verbal ünsiyyət vasitəsidir. Nitq açılana qədər uşaqlar başa düşür ki, jestlərlə istədiklərini bildirməlidirlər. Məsələn, nəyisə istədikdə əllərini açaraq  "mənə ver" jestindən istifadə edirlər. Həmçinin, uşaqlar əl çalmaq, salamlaşmaq, vermək, göstərmək, şəkil çəkmək kimi jestlərdən istifadə edirlər.

Uşaqlara bu jestləri imitasiya yolu ilə öyrədirik. İnkişafı normal olan, həmçinin, normal nitq inkişafı gedən uşaqlarda imitasiya (hərəkətləri təkrarlama) bacarığı olmalıdır.

Nədir imitasiya? Nə üçün imitasiya və jestlər nitqin inkişafı üçün vacibdir?

İmitasiya uşaqların böyüklərin hərəkətlərini təkrarlamasıdır. Məsələn, oyun əsnasında, ata və ya baba uşaqla oynadığı zaman ata iməkləsə, uşaq da onu təkrarlayacaq, yaxud baba əl çalır və uşağa əl çal dedikdə o da əl çalmalıdır. Uşaq oyun zamanı partnyorunu təkrar etməlidir. Adətən nitqin inkişafı normal olan balacalar əvvəl jestlərdən istifadə edirlər və böyükləri təkrar edirlər. Bu təkrarları nitqdə də istifadə edirlər. Balacalar valideynlərin dediyi hecaları həmin anda təkrar etməyə başlayırlar. Əgər uşağınız jestlərdən istifadə etmirsə, nitq fəaliyyəti və fiziki hərəkətlər baxımından sizi təkrar etmirsə, bu zaman nitqdə problemin ləngimənin olmasından şübhələnə bilirik. Araşdırmalar göstərir ki, uşaqlarda jest və imitasiyasının olmasını, düzgün şəkildə istifadəsini 18-36 ay müddətində onun nitq bacarıqları kimi proqnozlaşdırmaq olar.

Jestlərin inkişafında mənfi əlamətlər!

Normal nitq inkişafı gedən uşaqlarda jestlərdən istifadə 9-10 aydan başlamalı və hər ay 2 yeni jest əlavə etməlidirlər. Ekspertlərin fikrinə görə, əgər uşaq 1 yaşında ən az 2 jest istifadə etmirsə, bu, uşağın nitqiylə bağlı narahat olmağımız üçün qırmızı bayraqdır.