Misir ordusu Sinayın şimalında 16 silahlını məhv edib


Dünya 11 Fev 2018 19:20:00 258 0

Misir ordusu Sinayın şimalında 16 silahlını məhv edib

Misir ordusunun bölmələri Sinay yarımadasının şimalında keçirdiyi antiterror əməliyyatının başladığı gündən 16 silahlını zərərsizləşdirib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Misir Hərbi Qüvvələrinin yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilir: "Misir HHQ-nin döyüş təyyarələri əməliyyat çərçivəsində ekstremistlərin qərargahları, informasiya mərkəzi daxil olmaqla 66 hədəfi vurublar".