Rusiyada qəzaya uğrayan təyyarənin vertolyotla toqquşduğu bildirilir


Dünya 11 Fev 2018 18:23:00 280 0

Rusiyada qəzaya uğrayan təyyarənin vertolyotla toqquşduğu bildirilir

Moskva ətrafında "An-148" sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidə ikinci hava gəmisinin də qalıqları aşkar edilib.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən "Lenta.ru" məlumat yayıb.

Nəşrin daha bir mənbəsi isə "An-148" təyyarəsinin çox güman ki, havaya qalxarkən vertolyotla toqquşduğunu qeyd edib.

Hadisə yerində 50 cəsədin tapıldığı bildirilir.

"İnterfax"ın mənbəsinin məlumatına görə isə təyyarə "Rusiya Poçtu"na məxsus vertolyotla toqquşub.

Öz növbəsində "Rusiya Poçtu" idarəyə məxsus vertolyotun "An-148" təyyarəsi ilə toqquşmasına dair məlumatı təkzib edib.