Moskvada təyyarə qəzası ilə bağlı cinayət işi açıldı


Dünya 11 Fev 2018 17:34:00 235 0

Moskvada təyyarə qəzası ilə bağlı cinayət işi açıldı

Moskva vilayətində "An-148" təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb.

Son.az report.az-a istinadən bildirir ki, bunu Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko deyib.

"Moskva vilayətində "An-148" sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar "Ehtiyatsızlıqdan iki və daha çox insanın ölümü ilə nəticələnən hava nəqliyyatının istismar və təhlükəsiz hərəkəti qaydalarının pozulması" maddəsində nəzərdə tutulan cinayət əlamətləri üzrə cinayət işi açılıb", - deyə o bildirib.