FAO: Azərbaycanın meşə ehtiyatları inventarlaşdırılacaq - Sonuncu dəfə bu proses SSRİ dövründə keçirilib (ÖZƏL)


Digərləri 11 Fev 2018 08:09:00 290 0

FAO: Azərbaycanın meşə ehtiyatları inventarlaşdırılacaq - Sonuncu dəfə bu proses SSRİ dövründə keçirilib (ÖZƏL)

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda meşə ehtiyatlarının inkişafını dəstəkləməkdə davam edəcək.

Ənvər Məmmədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda meşə ehtiyatlarının inkişafını dəstəkləməkdə davam edəcək. Bunu Trend-ə FAO-nun tərəfdaşlıq və koordinasiya ofisinin rəhbəri Melek Çakmak deyib. M.Çakmakın sözlərinə görə, FAO Qlobal Ekologiya Fondu (GEF) və Azərbaycan hökuməti ilə birgə ölkənin meşə ehtiyatlarının monitorinqi layihəsinin reallaşdırılmasına başlayıb: "Layihə Azərbaycanın meşə ehtiyatlarının inventarlaşdırılmasını həyata keçirməyə imkan verəcək. Sonuncu dəfə bu proses SSRİ dövründə, 1988-ci ildə keçirilmişdi".