Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin işğalından 26 il ötür


Digərləri 11 Fev 2018 08:22:00 277 0

Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin işğalından 26 il ötür

Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin işğalından 26 il ötür.

Son.az APA-ya istinadən xəbər verir ki, erməni hərbi birləşmələri Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı alayın silah və texnikasının, habelə orada xidmət edən erməni və rus hərbçilərin köməyi ilə fevralın 9-dan etibarən Malıbəyli və Quşçular kəndləri üzərinə hücuma keçib.

Üç gün davam edən qeyri-bərabər döyüşdən sonra 1992-ci il fevralın 11-də hər iki kənd işğal edilib. Kəndlər yandırılıb, yaşayış evləri, məktəblər, uşaq bağçaları, xəstəxanalar, məişət evləri, inzibati binalar, mədəniyyət abidələri, təsərrüfat obyektləri məhv edilib.