"Boko Haram" 13 girovu azad etdi


Dünya 11 Fev 2018 07:55:00 265 0

"Boko Haram" 13 girovu azad etdi

"Boko Haram" terror qruplaşması Nigeriyada oğurlanmış 13 girovu azad edib.

Son.az Trend-ə istinadən bildirir ki, girovlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə keçirilmiş hakimiyyət nümayəndələri ilə danışıqlardan sonra azad edilib.

Azad edilənlər arasında UNIMAID universitetinin üç mühazirəçisinin və on qadının olduğu bildirilir.