İlk portağal səkkiz milyon il əvvəl yetişdirilib


Digərləri 10 Fev 2018 21:19:00 308 0

İlk portağal səkkiz milyon il əvvəl yetişdirilib

Alimlər sitrus bitkilərinin harada və nə vaxt yarandığını müəyyənləşdiriblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Fransa, İspaniya və ABŞ-dan olan tədqiqatçıların sitrus bitkilərinin 60 növədək genomlarını araşdırarkən onların təxminən səkkiz milyon il əvvəl şimal-şərqi Hindistanında, cənub-şərqi Çində və Myanmada yarandığı qənaətinə gəliblər.

Sitrus iki milyon il Asiyanın tropik zonasında yayılıb, sonralar Avstraliyanın şimal hissəsində də onu yetişdirməyə başlayıblar.

Alimlərin fikrincə, çarpazlaşma nəticəsində sitrus bitkilərindən limon və qreypfrutlar alınıb.