Hansı hazır qida(smes) daha yaxşıdır?


Digərləri 10 Fev 2018 20:40:00 519 0

Hansı hazır qida(smes) daha yaxşıdır?

Hazırda kifayət qədər körpələr üçün hazır qidalar satılır. El dilində desək smeslər...

Bəzən analar öz südündən özləri imtina edirlər ki, bunu həkimlər çox yanlış addım kimi dəyərləndirirlər. Bəzi analar isə hansısa xəstəlik səbəbindən müalicə almalı olurlar. Bu səbəbdən də onlara süd vermək qadağan edilir. O zaman hazır qidalara keçirilir.

Bəs hansı hazır qidalar (smeslər) daha yaxşıdır?

Son.az immunitet.az-a istinadən bildirir ki, əksər valideynləri düşündürən sualın cavabını pediatr Xəyalə Quliyeva cavabladı.

Onun sözlərinə görə, hər halda ilk tövsiyə edilən ana südüdür. Ancaq bəzi hallarda təəssüf ki, hazır qidalara ehtiyac duyulur:

"Bəzi analar düşünürlər ki, uşaq smes yeyirsə daha yaxşı qidalanır, kökələcəklər. Uşaqda daha yaxşı inkişaf olacaq. Smes uşağı süni şəkildə kökəldə bilər".