Ucarda 7 otaqlı ev külə döndü VİDEO


Digərləri 10 Fev 2018 19:18:00 353 0

Ucarda 7 otaqlı ev külə döndü  VİDEO

Ucarda yanğın hadisəsi qeydə alınıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə gecə saatlarında rayonun Qazıqumlaq kəndində baş verib. Kənd sakini Dursun Kərimovaya məxsus 2 mərtəbəli, 7 otaqlı ev qısa zamanda alovlanıb. Ev sahibinin sözlərinə görə, yanğına səbəb odun sobası olub. Hadisə yerinə ilk gələn qonşu və qohumları olub və onların köməkliyi ilə ev sakinləri evdən çıxarılıb. Yanğın zamanı alov güclü olduğundan ev sakinləri evdən çətinliklədə olsa çıxarılsa da, evdən heç bir əşya çıxarmaq mümükün olmayıb. Dərhal hadisə yerinə Ucar dövlət yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.