Afrində Türkiyənin hərbi helikopteri vuruldu


Dünya 10 Fev 2018 16:54:58 256 0

Afrində Türkiyənin hərbi helikopteri vuruldu

Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" əməliyyatı çərçivəsində Türkiyəyə məxsus hərbi helikopter vurulub.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının İstanbul əyalət təşkilatının toplantısında deyib.

"Az əvvəl helikopterimiz vuruldu. Təbii ki, bütün bunlar olacaq. Müharibənin içindəyik. İtkimiz olacaq, amma bizm bir helokopterimiz vuruldusa, onlar bunun əvəzini qatbaqat ödəyəcəklər".