Azərbaycanda hansı peşə sahibləri daha çox maaş alır


Digərləri 10 Fev 2018 15:50:00 262 0

Azərbaycanda hansı peşə sahibləri daha çox maaş alır

2018-ci il yanvarın 1-indən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən, 1521,3 min nəfər olub, onlardan 880,1 min nəfəri dövlət, 641,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, muzdla işləyənlərin 21,9 faizi təhsil, 19,2 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 6,6 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.