Azərbaycanda maaşların daha yüksək olduğu sahələr açıqlandı


Digərləri 10 Fev 2018 15:31:35 241 0

Azərbaycanda maaşların daha yüksək olduğu sahələr açıqlandı

2018-ci ilin ilk statistikası açıqlanıb.

Bakı. Elçin Mehdiyev - 2018-ci il yanvarın 1-indən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən, 1521,3 min nəfər olub, onlardan 880,1 min nəfəri dövlət, 641,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Trend-in məlumatına görə, muzdla işləyənlərin 21,9 faizi təhsil, 19,2 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 6,6 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.