Şok etiraflar: Məkkədə zəvvar qadınlara sataşırlar FOTO


Digərləri 10 Fev 2018 12:09:00 431 0

Şok etiraflar: Məkkədə zəvvar qadınlara sataşırlar  FOTO

Bunu yazmağa utanırdım. İndi də utanıram, çünki yazacaqlarım, sözlərim müsəlmanların dini hisslərinə toxuna bilər. Amma bunu kimsə deməlidir, etiraf etməlidir. Məkkəyə həcc ziyarətinə yollanmışdım və Kəbədə təfaf edirdim. Üçüncü dövrədə qəribə hadisə baş verdi.

Son.az StepFeed-ə istinadən bildirir ki, Pakistanın Kəraçi şəhərinin sakini, 28 yaşlı Sabiqa Xan Facebook-dakı profilində belə yazıb.

"Allaha dua edəndə belimdə kiminsə əlini hiss etdim. Yanlış hiss olduğunu, yaxud da kiminsə təsadüfən toxunduğunu düşündüm. Lakin az sonra həmin əl belimdə gəzməyə və belimdən aşağı düşməyə başladı. Çox pis hiss edirdim özümü. Ətrafda təvaf edən zəvvarlardı. Kəbənin ətrafına 6-cı dövrəni vuranda hiss etdim ki, arxadan kimsə özünü mənə sıxır.

Təfafı bitirməyə az qalmışdı.Yəmən küncünə tərəf yönələndə hiss etdim ki, kimsə yambızlarımdan yapışmağa çalışır. O əli tutdum və kütlənin içində zorla, birtəhər arxaya döndüm. Əynində ihram, yəni zəvvar geyimi olan saqqallı, yekəqarın kişi idi.

Utandığımdan az qaldı yerə girim. Danışa bilmirdim. Çünki anlayırdım: bu biabırçılığı kimə danışsam, inanmayacaq. Anamdan savayı kimsə məni ciddiyə almayacaq. Ona görə Məkkədə otelə qayıdan kimi başıma gələnləri anama danışdım. O təəccübləndi, heyrətləndi, nə deyəcəyini bilmədi. O hadisədən sonra anam məni Kəbəyə buraxmadı. Bunu demək kədərlidir: amma Kəbədə belə, üç dəfə mənə sataşdılar, təcavüzə çalışdılar", - Sabiqa Xan yazıb.

Müsəlmanların ən müqəddəs məkanında, Məscid əl Həramda, Kəbədə zəvvar kişilərin, habelə yerli sakinlərin söz atmaları, sataşmaları, biədəb və əxlaqsız hərəkətlərindən şikayətlənən, sadəcə, pakistanlı Sabiqa deyil. Yüzlərlə müsəlman qadın belə rəzil olaylardan bəhs edir, biabırıçılıqlar barədə sosial şəbəkələrdəki profillərində yazırlar.