Məşhur prodüser özünü öldürdü


Dünya 10 Fev 2018 10:01:00 281 0

Məşhur prodüser özünü öldürdü

20 il öncəki  təcavüzü gizlətməkdə günahlandırılan məşhur menecer və prodüser Jill Messik intihar edib.

Son.az xarici KİV-ə istinadən xəbər verir ki, Hollivud-u bürüyən zorlama iddiaları hardasa hər gün bir məşhurun etirafı ilə gündəmdən düşmür. Ən çox təqsirləndirilən şəxs Harvey Veinşteinin adı bu dəfə bir intiharda hallanıb.

1997-ci ildə "Sundance" Film Festivali zamanı Veinşteinin təcavüzünə məruz qaldığını söyləyən Rous MKQovan detalları 30 yanvarda "bazar"a çıxardığı "Brave" ("Cesur") adlı kitabında açıqlamışdı.

Aktyor kitabında bir zamanlar qalmaqallı olayı ört-basdır edən meneceri Jill Messikə də "od püskürüb". Veinştein və MkQovanı bir axşam yeməyində görüşdürüb, hadisənin mətbuata sızmaması üçün səy göstərən Messik 7 il daha rejissorla çalışmağa davam edib. 


Xəbərə aid foto