İsrail Suriyada İranın PUA-sını ələ keçirib


Dünya 10 Fev 2018 09:26:00 226 0

İsrail Suriyada İranın PUA-sını ələ keçirib

Eyni zamanda İslam Respublikasının bu ölkədəki “hədəflərini” vurublar

İsrail silahlı qüvvələrinin hərbi təyyarələri fevralın 10-da Suriyanın hava məkanında İranın Pilotsuz Uçan Aparatını (PUA) ələ keçiriblər, eyni zamanda İslam Respublikasının bu ölkədəki “hədəflərini” vurublar.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Suriyadakı Bəşşar Əsədə bağlı ordunun mətbuat xidməti bildirib.

Hərbçilər qeyd edib ki, Suriyanın Hərbi Müdafiə Qüvvələri İsrailin döyüş təyyarələri istiqamətində bir neçə raket atıblar.