Ucarda ikimərtəbəli ev yanıb


Digərləri 10 Fev 2018 08:10:00 276 0

Ucarda ikimərtəbəli ev yanıb

Ucar rayonunda yanğın hadisəsi qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, rayonun Əlikənd kəndində ümumi sahəsi 320 m² olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 160 m² sahədə yanıb.

Evin qalan hissəsi və ona bitişik ümumi sahəsi 252 m² olan talvar yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​