Amerikadakı ölümcül qripin ölkəmizə gəlmə riski var həkimdən SOS


Digərləri 09 Fev 2018 23:57:00 344 0

Amerikadakı ölümcül qripin ölkəmizə gəlmə riski var  həkimdən SOS

ABŞ-da tüğyan edən qrip can almaqda davam edir. Artıq oktyabr ayından bu günə qədər 53 uşaq dünyasını dəyişib ki, onların da 16 nəfəri son bir həftədə xəstəliyin qurbanı olub.

ABŞ Xəstəliklərin Yoxlanışı və Mühafizəsi Mərkəzindən (CDC) verilən açıqlamaya görə, bu rəqəm 2010-cu ildən bəri qeydə alınmış ən pis nəticədir. Belə ki, son 2 ildə H3N2 virusu daha geni yayılıb və əsasən uşaqlar, ahıl insanlar bu xəstəliyin qurbanı olur. Rəsmilər artıq ABŞ hökumətinin qriplə mübarizə üçün tədbirlər alacağını vurğulayıb və insanlardan xəstəlikdən mühafizə üçün məsələyə ciddi yanaşmaq tələb edilib.

Qeyd edək ki, qripdən ölüm hallarının artması digər dünya ölkələrini, o cümlədən Azərbaycanı da narahat etməyə başlayıb. Bəs bu virus ölkəmizə də ayaq basa bilərmi?