Səhər və ya axşam duş qəbul etmək daha faydalıdır?


Digərləri 09 Fev 2018 23:42:00 297 0

Səhər və ya axşam duş qəbul etmək daha faydalıdır?

Alimlərin fikrinə görə, axşam duş qəbul etmək daha faydalıdır. Bunun bir neçə səbəbi var.

Son.az saglamolun.az-a istinadən bu səbəbləri təqim edir:

1. Gün ərzində insan dərisinin üzərində çoxlu sayda mikroblar, allergenlər, toksinlər, toz və s. ziyanlı maddələr toplanır ki, onlar həm insan sağlamlığına, həm də dərinin vəziyyətinə mənfi təsir edir. Bu səbəbdən axşam saatlarında duş qəbul etmək daha faydalı sayılır.

2. Axşam duş qəbul edən insan daha rahat yuxuya gedir. Alimlər yatmazdan 1,5 saat gec olmayaraq duş qəbul etməyi tövsiyə edirlər. Bu bədən hərarətini tənzimləyir və tez yuxuya getməyə kömək edir.