Alimlər "qatil" köpək balıqlarının sürətinin sirrini açıblar


Digərləri 09 Fev 2018 21:06:00 274 0

Alimlər "qatil" köpək balıqlarının sürətinin sirrini açıblar

Mako köpək balıqları 60 km/saat sürət yığmağa və 6 metr hündürlüyə tullanmağa qadirdirlər

Mako köpək balığı yırtıcı okean sprinteridir. O, saatda 60 kilometr sürət yığmaq və 6 metr suyun üzərinə tullanmaq iqtidarındadır və bu, heç bir şikar üçün sağ qalmaq şansı buraxmır.

Son.az report.az-a istinadən bildirir ki, Amerikanın Harvard Universitetinin alimləri aşkar ediblər ki, onun sürət sprintinin sirri dərisi üzərindəki xırda dişçiklərdir.

Köpək balığının məhz dişli dərisi onun eyni zamanda qalxma gücünü artırır və suyun müqavimətini azaldır.

Bu yırtıcıların dərsinin hamar olduğu görünsə də, əslində xırda pulcuq-dişciklərlə örtülüb. Fizik və bioloqlar uzun müddət belə bir dəri örtüyünün su müqavimətini necə azalda biləcəyininin marağında idilər.