Beynəlxalq Muğam Mərkəzində aşıq musiqisi konserti keçiriləcək


Digərləri 09 Fev 2018 20:51:00 247 0

Beynəlxalq Muğam Mərkəzində aşıq musiqisi konserti keçiriləcək

Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” adlı möhtəşəm layihəsinin növbəti konserti keçiriləcək.

Bakı. Fevralın 16-da Beynəlxalq Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” adlı möhtəşəm layihəsinin növbəti konserti keçiriləcək. Layihənin əsas məqsədi qədim Azərbaycan musiqi irsinin ictimaiyyətə geniş təbliğ etməkdir. Beynəlxalq Muğam Mərkəzinin bu yeni layihəsi Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə keçirilir və yanvar ayindan may ayına qədər davam edəcək. İlk olaraq yanvarın 12-də layihə çərçivəsində “Koroğluya” qayıdaq” adlı konsert-tamaşa keçirilib. “Ələsgərin saz-söz dünyası” adlı ikinci gecə isə XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış Azərbaycanın məşhur saz-söz ustalarından biri olan aşıq Ələsgərin yaradıcılığına həsr olunub.