Baş direktor: İlk özəl kredit bürosunun nizamnamə kapitalı tamamilə formalaşdırılıb


Digərləri 09 Fev 2018 16:50:00 341 0

Baş direktor: İlk özəl kredit bürosunun nizamnamə kapitalı tamamilə formalaşdırılıb

Azərbaycanda özəl kredit bürosunun nizamnamə kapitalı tamamilə formalaşdırılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu büronun baş direktoru Elçin Həbibov ölkədə ilk özəl kredit bürosunun fəaliyyətə başlamasına həsr olunmuş mətbuat konfransı zamanı deyib.

E.Həbibovun sözlərinə görə, büronun nizamnamə kapitalı iki milyon manat təşkil edir: "Bu vəsait bərabər pay iştirakı əsasında üzv banklar tərəfindən təqdim olunub".