"Agentliyin yaranması o anlama gəlmir ki, qida təhlükəsizliyinə nəzarət edilmirdi"


Digərləri 09 Fev 2018 15:24:00 314 0

"Agentliyin yaranması o anlama gəlmir ki, qida təhlükəsizliyinə nəzarət edilmirdi"

Qida Təhlükəsizliyi Agentliyinin yaranması o anlama gəlmir ki, o yaranana qədər qida təhlükəsizliyinə nəzarət edilmirdi. Sadəcə olaraq, bunu indiyədək müvafiq icra orqanları həyata keçirirdi.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, artıq digər orqanların həyata keçirdiyi qida təhlükəsizliyi nəzarəti bir orqan tərəfindən həyata keçirilir.

Agentlik sədri qeyd edib ki, agentliyin işlərindən biri idxalçı dövlətlərin tələblərinə uyğun sertifikatlaşdırmanın həyata keçirilməsidir: "Konkret olaraq, əsasnamədə qarşımıza o tələb qoyulub ki, idxalçı ölkə ixracatçıya qarşı hansı tələbi irəli sürəcəksə, bizim tərəfimizdən də ona uyğun sertifikatlar veriləcək".