Azərbaycanın işğal olunmuş ərazilərində Afrika vəbası yayılıb


Digərləri 09 Fev 2018 14:25:00 309 0

Azərbaycanın işğal olunmuş ərazilərində Afrika vəbası yayılıb

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin Əsgəran rayonunun Naxçivanik kəndində yaşayan erməni icmasının təsərrüfatında saxlanılan donuzlar arasında Afrika vəbası yayılıb. 

Son.az report-a istinadən xəbər verir ki, bir neçə gün ərzində iki təsərrüfatda 31 donuz ölüb.

Qeyd edək ki, yüksək hərarət, dərinin göyərməsi, daxili orqanlarda qanaxma bu xəstəliyin əlamətləridir. Beynəlxalq təsnifata əsasən, virusla yayılan Afrika vəbası heyvanlar arasında yoluxucu xəstəliklər sırasında A siyahısına daxildir.

Bir neçə il bu xəstəlik Gürcüstan, Belarus və Ukraynada da kütləvi şəkildə yayılmışdı. 2017-ci ildə isə Rusiyanın Omsk, Tümen və Kalininqrad vilayətlərində qeydə alınıb.