Marina Nekrasova: Bakıdakı Dünya Kubokunda xalın onda biri belə vacib olacaq


Digərləri 09 Fev 2018 13:28:50 225 0

Marina Nekrasova: Bakıdakı Dünya Kubokunda xalın onda biri belə vacib olacaq

Dünya Kuboku kimi yarışlarda xalın onda biri belə vacibdir

Bakı. Ənvər Məmmədov - Dünya Kuboku kimi yarışlarda xalın onda biri belə vacibdir. Bunu Trend-ə azərbaycanlı gimnast Marina Nekrasova deyib. Gimnast qeyd edib ki, o, Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunda çətinləşdirilmiş proqramla çıxış edəcək: “Mən bu yarışda müxtəlif hündürlüklü qollarda və dayaqla tullanmada iştirak edəcəyəm. Hazırda proqramın çətinləşdirilməsi üzərində işləyirəm. Biz proqramı 0,4 xal çətinləşdiririk”.