Anar: "Yaradıcı insanlar İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyir"


Digərləri 09 Fev 2018 11:51:00 250 0

Anar: "Yaradıcı insanlar İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyir"

Prezident İlham Əliyev Azərbaycanda yaradıcılığın inkişafına böyük dəstək verir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib.

O qeyd edib ki, İlham Əliyev prezidentliyi dövründə ölkədə sənətə, ədəbiyyata böyük önəm verib:

"Heç bir ölkədə sənətə, yaradıcılığa bu cür diqqət və qayğı yoxdur. Azərbaycan Prezidenti daim yaradıcı insanları diqqətdə saxlayıb, onların problemlərinin həllinə çalışıb. Ona görə də bu gün yaradıcı insanlar Prezident İlham Əliyevin növbəti seçkilərdə namizədliyini dəstəkləyir və qalib gələcəyinə əmindir. Biz yaradıcı adamlar cənab Prezident İlham Əliyevə səs verəcəyik və buna borcluyuq".