Xalq artisti Zərnigar Ağakişiyeva Qubada dəfn olunacaq


Digərləri 09 Fev 2018 11:45:22 169 0

Xalq artisti Zərnigar Ağakişiyeva Qubada dəfn olunacaq

O, anasının yanında torpağa tapşırılacaq

Ötən gün evində ölü tapılan Azərbaycanın xalq artisti Zərnigar Ağakişiyevanın cənazəsi Quba rayonuna aparılacaq.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovun “Report”a verdiyi məlumata görə, xalq artisti Quba şəhər qəbiristanlığında, anasının yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Zərnigar Ağakişiyeva 72 yaşında axşam saatlarında Yasamal rayonunda tənha yaşadığı evdə dünyasını dəyişib.