Avrokomissar: ""Cənub qaz dəhlizi" Avropanın artan qaz tələbatını qarşılamağa kömək edəcək


Digərləri 09 Fev 2018 11:48:28 343 0

Avrokomissar: ""Cənub qaz dəhlizi" Avropanın artan qaz tələbatını qarşılamağa kömək edəcək

"Cənub qaz dəhlizi" Avropanın artmaqda olan təbii qaz tələbatını qarşılamaqda kömək edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) iqlim dəyişiklikləri və energetika üzrə komissarı Migel Arias Kanyete deyib.

O qeyd edib ki, hazırda Avropa İttifaqının qaza olan tələbatı artmaqda davam edir: "Hazırda Aİ istehlak olunan qazın 70 faizə yaxınını idxal edir. 2040-cı ilədək bu rəqəm 83 faizə çatacaq".

M.A.Kanyete onu da əlavə edib ki, Avropada qaz hasilatı azalmaqda davam edir. Onun fikrincə, bu amil də Aİ-nin qaz idxalından asılılığını artıracaq.