Günün qoroskopu: çətin vəziyyətə düşə bilərsiniz


Digərləri 09 Fev 2018 00:01:00 287 0

Günün qoroskopu: çətin vəziyyətə düşə bilərsiniz

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - günün ilk yarısında fəaliyyətiniz real gəlir gətirə bilər. Mühüm anlaşmaya nail olmaq şansları artır. Etibarlı insanlar və inandığınız işgüzar tərəfdaşların yardımlarından bəhrələnin. Yazışmalarda diqqətli olun.

Emosiyalarınıza nəzarət edin.

Sevdiyiniz insanla münasibətləri günün ikinci yarısında normallaşdırın. Birgə səfər, təhlil və fəaliyyət üçün yaxşı zamandır. Axşam saatlarına yaxın istənilən formada risklərdən uzaq durun.

Buğa - işlərdə uğur vəd edən asan, rəvan gündür. Sakit olun, emosiyalara qapılmayın. Ən kiçik uğurlara möhtəşəm zəfər təki sevinməyin. Gərəkli insanlarla əlaqələr yaratmaq, işdə rəhbərliklə danışıqlar aparmaq üçün gözəl gündür.

Günün ikinci yarısında gərəkli adamlarla danışıqlarda ümumi məsələlərin təhlilindən kənara çıxmayın. İşdə rəhbərliklə müzakirələrdə mövqelərinizdən geri çəkilməyin.

Şəxsi münasibətlərinizdə problemlər yaranmayacaq. Sevdiyiniz insanın qəlbini qırmayın. Fəqət sirrinizi ən yaxın bildiyiniz adama da etibar etməyin. Bu gün onların reaksiyası adekvat olmayacaq.

Əkizlər - yaşamın olaylarından faydalanaraq çoxdan bəri nəzərdə tutduğunuz layihəni reallaşdıra bilərsiniz. Dostlar sizə yardım etmək istəyəndə nəzakətlə cavab verin, amma müstəqil fəaliyyət göstərin. Son günlərdəki davranışınızı təhlil edin, nöqsanlarınızı aşkarlamağa çalışın. Orijinal ideya olacaq.

Emosional durumunuzu yaxşılaşdırmağın yollarını arayın.

İşlərdə həddən artıq tələskənliyə yol verməyin.

Günün ikinci yarısında yeni münasibətlər formalaşa bilər. Potensial sifarişçilərin təkliflərini diqqətlə dinləyin. Sevdiyiniz insanı anlayın, ondan hali olun.

Xərçəng - günün ilk yarısında başladığınız işlərdə diqqətli olun. Dəyişən situasiyanın zahiri görüntülərinə aldanmayın. Bəzi problemlərin həllini ertələyərək istirahət fikrinə düşmək uğur vəd etmir. Emosiyalarınıza hakim olun.

Dəyər verdiyiniz insanların dediklərinə qulaq asın.

Günün ikinci yarısında ailə üzvlərindən birinin problemi yenidən aktuallaşacaq. Çətinliklərin bir parasını əvvəlcədən təxminləmək mümkündür. Vəziyyətin ağırlaşmasına hazır olun. Yaxınlarınızla mübahisə, çək-çevir etməyin. Münasibətləri aydınlaşdırmağa çalışmayın.

Axşam saatlarında normal istirahət edin.

Şir - yaxın dostunuza və ya həmfikirinizə çevrilə biləcək insanla qarşılaşacaqsınız. Tərəfdaşlarla ünsiyyətdə maraqlarınızın təminatını ön plana çəkməyin. İşləriniz o qədər də böyük sürətlə irəliləməsə də, pəjmürdə olmayın.

Günün ikinci yarısında problemlərinizi həll etmək üçün başqalarından sui-istifadə etmək fikrinə düşməyin.

Bütün diqqətinizi bir işə yönəltməyin. Önəm vermədiyiniz məsələlərdən biri, əslində, çox mühümdür. Yaxınlarınıza verdiyiniz vədləri əsla unutmayın.

Qız - işlərinizin sürətli inkişafında maraqlı olsanız, daha yaxşı nəticələr əldə edə bilərsiniz. Ticari anlaşmalar və sövdələşmələr pis olmayacaq. Ərzaq, kənd təsərrüfatı məhsulları ilə bağlı anlaşmalar gəlir vəd edir.

Planlaşdırdığınız işləri ertələməyin. Alış-verişdə bədxərclik etməyin.

Günün ikinci yarısında yaşam arealının rekonstruksiyası ilə məşğul olmaq mümkündür. Fəaliyyət sahəsində yeniliklər qaçılmazdır. Vədlərinizi unutmayın. Öhdəlikləri yerinə yetirin. Sözdən işə keçin.